"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".
Bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumatında bildirilib.
Qeyd olunub ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər:
"Atəşkəs bütün təmas xəttində müşahidə olunur.
Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir".
Məlumata görə, rus sülhməramlıları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanının təhlükəsiz keçməsini təmin ediblər:
"Dördü - şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa - Qırmızı Bazar - Qacar marşrutu boyunca, digəri isə əks istiqamətdə".
Nazirlikdən bildirilib ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Martın 19-da 16 hektar ərazi, 7 km yol təmizlənib:
"Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri, 1724 hektar ərazi, 536 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1616 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 249 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib".
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır. /Modern.az
Azərbaycan Ordusunun karvanı Qırmızı Bazardan keçdi
20
mart
08:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat