Yaz fəslinin gəlməsi ilə birlikdə allergik xəstəliklərin sayı da artır. Amma bu əlamətlərin koronavirus qaynaqlı ola biləcəyini düşünmədiyimiz üçün həm ətrafa yayma riski yüksəlir, həm də müalicəyə gec qaldığı üçün vəziyyət daha da pisləşir.
Türkiyəli mütəxəssis İsmet Bulut allergiyası olanların virusu ətrafa yayma risklərinin daha çox olduğunu bildirib: “Bu xəstələr asqırdıqda mütləq maska içinə asqırmalıdırlar. Əgər kağız dəsmal yoxdursa, qollarının içinə asqıra bilərlər. Daha sonra isə maska dəyişdirilməlidir. Çünki maska nəmli olduğu üçün qoruyuculuğunu itirir”.
Medicina.az yazır ki, Almaniyada aparılan araşdırmaya görə isə, bahar aylarında viruslar daha çox yayılır.
Allergiyanız varsa bunlara diqqət edin:
* Səhər 10:00 ilə 18:00 arası tozcuqlar çox olur. Bu saatlarda açıq havada idman, piknik kimi məşğuliyyətlərdən uzaq durum.
* Yağış yağdıqdan sonra ilk bir neçə saat və axşam saatlarında tozcuqlar azalır.
* Quru və küləkli havalarda vacib deyilsə, çölə çıxmayın.
* Papaq taxın və eynəkdən istifadə edin.
* Evə gələrkən duş alın və ya saçınızı və üzünüzü bol su ilə yuyun.
* Paltarlarınızı tozlu mövsümlərdə ev içində qurudun.
* Evdə və maşında filtrli kondisionerdən istifadə edin.
* Avtomobil idarə edərkən pəncərələri bağlayın.
* İctimai nəqliyyatdan istifadə edirsinizsə, açıq pəncərə və ya qapılardan uzaqda oturmağa çalışın.
Yaz allergiyası koronavirusu yayır - XƏBƏRDARLIQ
23
mart
19:40

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər