Dövlət Gömrük Komitəsi “Prokter & Gembl Azərbaycan Servisləri” MMC barədə inzibati qaydada protokol tərtib edib.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq. Baxış iclası aprel ayının 14-ü saat 14:15-ə təyin edilib.
Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “Prokter & Gembl Azərbaycan Servisləri” təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkətdir.
“Prokter & Gembl Azərbaycan Servisləri" CƏRİMƏLƏNDİ
29
mart
16:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat