Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini S.Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyən olunub. Həmin şəxslə izahedici söhbətlər aparılıb, əraziyə həkim briqadası dəvət edilib və o, koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
S.Məmmədova barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.
