Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əməkdaşlar tərəfindən yerində araşdırılıb. 
Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb. Belə ki, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib. 
"Hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”.скачать dle 12.1