Paris moda həftəsi çərçivəsində məşhur "Louis Vuitton" brendi dəfiləsini keçirib.
Bakisesi.com xarici mətbuata istinadən xəbər verir ki, gecədə brendin ən dəbdəbəli çantaları və libasları nümayiş edilib.
Tamaşaçılarsız keçirilən dəfilədə brendin təyyarə formalı çantası diqqət çəkib.
Belə ki, çanta hazırda 39 min dollara (təxminən 66 min manat) satışa çıxarılıb.
Sosial şəbəkələrdə qısa müddət ərzində müzakirələrə səbəb olan çanta bəzi istifadəçilər tərəfindən gülüşlə qarşılanıb. 
скачать dle 12.1