Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunan karantin rejimi çərçivəsində ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində Sumqayıtdan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb.
Abşeron rayon saki R.Həsənovun karantin rejimi qaydalarını pozaraq idarə etdiyi "Mercedes Sprinter" markalı mikroavtobusla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Onun idarə etdiyi nəqliyyat vasitəsi Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən orada 18 sərnişinin olduğu müəyyən edilib.
Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib.
"Sprinter"lə karantini pozan şəxs cərimələndi
03
aprel
16:55

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat