Hər il milyonlarla müsəlmanın ziyarət etdiyi Səudiyyə Ərəbistanındakı müqəddəs torpaqlar uzun müddətdir koronavirusa görə ziyarətçi qəbul etmirdi.
“Haber 7” məlumat verir ki, Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi ramazan ayından etibarən yeni tələblərlə normallaşma addımlarını atacaq.
Buna əsasən ümrə ziyarəti üçün ölkəyə gedənlərə üç kateqoriya təyin olunub.
Bu kateqoriyaların hər 3-də koronavirusa qarşı immunitet tələbi var.
Nazirlik tərəfindən edilən açıqlamada bildirilir ki, iki doza peyvənd olunanlar, peyvənd olunandan sonra azı 14 gün keçən şəxslər və xəstəliyi keçirib sağalanlar olmaqla ümumilikdə üç kateqoriyada olan insanlar immunitet qazanmış hesab ediləcək.
Həmin şəxslər ümrə ziyarəti, Məkkədə Məscidül-Həramda namaz qılmaq, Mədinədə Məscidül-Nəbiyə girmək haqqı əldə edəcəklər.
İmmunitet tələbi ilə yanaşı, ziyarətə icazə veriləcək şəxslər üçün yeni tələblər də nəzərdə tutulur.
İnsanların iftar etmək üçün yalnız xurma və su gətirməsinə icazə veriləcək və kütləvi formada iftarın qarşısının alınması üçün ziyarətçilərə fərdi yemək paylanaraq.
Bundan əlavə, natəmizliyin qarşısını almaq üçün təvaf və namaz üçün ərazidə yeni qaydalar tətbiq olunacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında rəsmi məlumatlara görə, koronavirusa yoluxanların sayı 393 000, ölənlərin sayı isə 6 700 nəfərdir.
34 milyon əhalisi olan ölkədə indiyə qədər 5 milyon insan peyvənd edilib.скачать dle 12.1