Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, C.Əliyevanın itkin düşməsi ilə bağlı müraciət qeydə alınıb, axtarışlar aparılır.
Qeyd edək ki, C.Əliyevanın bacısı hadisənin 6 gün əvvəl qeydə baş verdiyini deyib. "Cəmilənin itkin düşməsi, öldürülməsi və ya başına hansı hadisənin gəldiyi barədə heç bir məlumatımız yoxdur. Sadəcə həyat yoldaşı 6 gün əvvəl bizə zəng edib deyib ki, səhər yuxudan oyananda Cəmilənin evdə olmadığını görüb. Bundan sonra Cəmilənin axtarışına başlasaq da, hələ ki, onun haqqında heç bir məlumat əldə edə bilməmişik. Onun 10 yaşında bir oğlu da var. Hadisədən öncə həyat yoldaşı ilə arasında münaqişə zamanı Cəmilənin telefonu qırılıb".
O deyib ki, C.Əliyevanın əqli-qüsuru olmayıb.
DİN Xırdalanda itkin düşən qadınla bağlı açıqlama verdi
06
aprel
23:40

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat