"Respublika" qəzetinə yeni baş redaktor təyin edilib. Bu vəzifəyə Hümbət Musayev təyinat alıb. O, əvvəllər həmin qəzetin baş redaktorunun müavini - məsul katib vəzifəsində çalışıb. Xatırladaq ki, "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov mart ayında 90 yaşında koronavirusdan vəfat edib.