Mingəçevir sakini Könül Məmmədova “Gözətçi”yə bildirib ki, oğlu Ö.M. iki yaşından ciddi xəstəlikdən əziyyət çəkir.

“Oğlum generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromu”ndan əziyyət çəkir. Hazırda on yaşı var və o, dərmanla yaşayır”.

Məmmədovanın sözlərinə görə, uşağa dərman verməyəndə, yaxud dərmanı gecikdirən kimi qıcolma və spazm tutur. Qıcolma 15-20 dəqiqə çəkir.

Şikayətçinin bildirir ki, oğlunda bu cür tutmalar ayda 3-4 dəfə təkrarlanır.

Məmmədova oğluna əlillik təyin olunması üçün Mingəçevir şəhər Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etsə də, imtina cavabı gəlib:

“İmtina onunla əsaslandırılıb ki, göndəriş natamam doldurulub. Mingəçevirdə həkimlərə müraciət etdim, onlar isə deyirlər ki, göndərişdə uşağın bütün xəstəlikləri göstərilib”.

Məsələ ilə bağlı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından münasibət öyrənmək hələlik mümkün olmayıb.
скачать dle 12.1