Vətən Müharibəsində ağır yaralanan və 6 ay komada qalan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 24 yaşlı Səbuhi Babək oğlu Hüseynli ötən gün şəhid olub.
Xaçmaz rayon İcra Hakimiyyətindən verilən məlumata görə, oktyabrın 26-da Xocavənd ətrafında gedən döyüşlərdə baş nahiyəsindən ağır yaralanan Səbuhi Hüseynli uzun müddət idi ki, Silahlı Qüvvələrin Kliniki Baş Hospitalında və Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunurdu.
İcra hakimiyyətindən o, da bildirilib ki, "YAŞAT "Fondu yaralı qazinin müalicəsini xüsusi nəzarətə götürmüşdü, Türkiyədən gələn həkimlər də onu müayinə etmişdilər. Amma baş nahiyəsindən aldığı güclü travma səbəbindən onu tərpətmək, xaricə aparmaq mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Səbuhi ötən gün xəstəxanada keçinib.
Şəhid hərbçimiz bu gün Xaçmazın Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Şəhid Səbuhi Hüseynli ailəli olub, ondan yadigar bir övladı qaldı.
Dünən şəhid olan hərbçimiz bu gün Xaçmazda dəfn ediləcək
16
aprel
10:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat