"Kasıblamışam, pandemiya mənə də təsir etdi. Kafe aşığı deyiləm, ona görə də Moskvaya getmirəm. Bilirəm, gedənlərin ehtiyacı var. Bu gün mənim də pula ehtiyacım var. Amma getmirəm".
Bu sözləri aşıq Əli Tapdıqoğlu "Onun sirri" proqramında deyib. Sənətçi Rusiyada məclislərə gedən məşhurlarımızdan danışlb.
Əli "Bir telefon nömrəsinə maşın almısan" sözlərinə "Yük maşını almaq istəyirdim. Çörək versin. Atamda işlətmədiyi yük maşını var idi, dedim ver mənə. 211-lə başlayan nömrəm var idi, onun qarşılığında yük maşınını aldım" cavabını verib.
Aşıq müğənni Rövşən Əzizlə arasında olan pul mübahisəsindən bəhs edib. O bildirib ki, ifaçı onun 12 min dollarını mənimsəyib:
"Hadisə Tatarıstanda olub. Rövşən Əzizlə getmişdik. Məndə 12 min dollar var idi. Məclisdən almışdım, içində musiqiçilərin də qonorarı var idi. Pulu aldım verdim Rövşənə ki, saxlasın sonra götürüm. Hava limanında dedim ki, pulu ver, qayıtdı ki, nə pul? Belə bir mübahisə yaşadıq. Pulu Rövşənə vermişdim, buna əminəm".
Proqrama gələn Rövşən Əziz isə Əlinin pulu ona vermədiyini iddia edib. O bildirib ki, aşıq yanılır. Əli isə sözündən dönməyərək, 12 min dolları müğənniyə verdiyinə əmin olduğunu söyləyib.
Müğənni aşıq Əlinin 12 min dollarını mənimsəyib?
21
aprel
13:30

Qarabağ
KOMMENTLƏR
Aşıq Əli mədəniyyət evinə rəhbər təyin edildi
Şərurlu İsfəndiyarın restoranında dava - Müğənni aranı qatdı, aşığı vurdular
“Manaf Ağayev banka olan borcumu ödəməyib“ - Günel Ələkbərova
Taksi sürücüsü işləyən meyxanaçı sərnişinlə dalaşdı - Məsələyə polis qarışdı
“O mənim 10 milyon manat pulumu mənimsəyib” – “Şərurlu İsfəndiyar”
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər