COVID-19 pandemiyası şəraitində müəyyən xidmət sahələrinə, o cümlədən çatdırılma (kuryer) xidmətlərinə tələbat artdığından, bu sahədə yeni bazar subyektləri fəaliyyətə başlayıb və rəqabət daha da artıb.
Bu haqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, artan tələbatı nəzərə alaraq, bu qurum tərəfindən çatdırılma (kuryer) xidmətləri bazarında sağlam rəqabət şəraitinin qorunması üçün həmin sahəyə nəzarət artırılıb:
“Araşdırmalar zamanı çatdırılma xidmətləri bazarında rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına təsir göstərməklə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib.
Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “VOLT AZƏRBAYCAN” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılmasının nəticəsi olaraq müvafiq qərar qəbul edildikdən sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Rəqabətin pozulması və haqsız rəqabət halları ilə rastlaşan sahibkarlar 498-15-01, 498-15-04 nömrəli telefonlar vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər”.
Dövlət Xidməti “Volt Azərbaycan”a qarşı iş qaldırdı
22
aprel
10:47

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat