ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin yayımının dayandırılmasına aparıcı Zaur Baxşəliyevin reaksiyası hər kəsi güldürüb.
Bir günlük yayımı dayandırılan proqramın aparıcısı sosial şəbəkə hesabında qoca kişi obrazına girib video yayımlayaraq, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntülərini və verilişinin bağlanmasını məsxərəyə qoyub:
“Zaur, necədir? Bircə günlük də olsa, dincəldinmi? Videosu çıxan keçmiş deputata zəng etmişdim, onunla dostam axı.. Sadəcə mən tanınmışları xoşlayıram, o isə tanınmamışları”.
Onun bu paylaşımı izləyicilərin gülüşünə səbəb olub.
Həmin görüntüləri təqdim edirik: 
скачать dle 12.1