Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı rejiminin tör-töküntülərinin başçısı Araik Arutyunyan həyat yoldaşı ilə birgə bir neçə gündür Moskvada səfərdədir.
Bunu “Qraparak” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, səfər heç də könüllü xarakter daşımır: “Araik Arutyunyanı Moskvaya təlimatlandırmaq üçün çağırıblar. Rusiya xüsusi xidmət orqanları onun Ermənistan hakimiyyətinə itaət etməsindən, onların sözü ilə oturub-durmasından narahatdır. Ona görə də Araiki özünə qaytarmağa cəhd göstərirlər”.
Nəşrin məlumatına görə, separatçıların rəhbəri Rusiyaya səfərini “faydalı” etmək qərarına gəlib. Belə ki, Araik Arutyunyan Moskvada özünə ev alır.
Qəzet məsələ ilə bağlı separatçıların rəhbərinin “mətbuat katibi” Lusine Avanesyana müraciət edib. O, məlumatı nə təsdiq, nə təkzib edib: “Bizdə belə məlumat yoxdur”. (Report)
Arutyunyan Moskvaya köçür
23
aprel
12:02

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər