Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən Cəfərov Qabil Qadir oğluna məxsus quş kəsimi məntəqəsində yoxlama keçirilib.
Agentlikdən verilən məlumata görə, yoxlama zamanı toyuq cəmdəklərinin mənşəyi məlum olmayan maddə ilə boyandığı, emal olunmuş toyuq cəmdəyinə süni şəkildə "kənd çolpası" görünüşü verildiyi aşkar edilib.
Aşkar olunmuş faktla bağlı rənglə işlənmə prosesinə cəlb edilmiş 585 ədəd toyuq cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb, məhsul və mənşəyi məlum olmayan rəngləndirici maddə müsadirə edilib. Toyuq cəmdəkləri və boyamaq məqsədi ilə istifadə edilən maddənin laborator analizlərə cəlb olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Bakıda toyuqları rəngləyib satan sex aşkarlanıb - VİDEO
23
aprel
18:24

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər