Neftçala rayon mərkəzi xəstəxanasının direktoru Quliyev Elman Mətləb oğlunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Neftçala rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Neftçala rayon prokurorluğundan verilən məlumata görə, aparılmış istintaq zamanı Elman Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci il ərzində müxtəlif vaxtlarda xəstəxanaya stasionar müalicəyə koronavirus infeksiyasına yoluxmuş xəstə qəbul olunmadığı halda, həmin xəstəxanada işləyən qeyri tibb və digər işçilərə müddətli əlavənin ödənilməsi ilə bağlı hesablama cədvəli barədə məlumatları hazırlayıb, müvafiq sənədləri imzalayıb möhürlə təsdiqlədikdən sonra qeyd edilən işçilərə bank vasitəsilə ümumilikdə 25 min manat məbləğində müddətli əlavənin ödənilməsini təmin etməklə dövlətin mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.
22.04.2021-ci il tarixdə Quliyev Elman Mətləb oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.
İstintaq zamanı vurulmuş maddi ziyanın tam ödənilməsi təmin edilmişdir.
Cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdırılaraq qısa müddət ərzində məhkəməyə göndərilməsi nəzərdə tutulmuşdur.
Neftçala mərkəzi xəstəxanasının direktoru HƏBS EDİLDİ
26
aprel
14:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat