Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov ötən gecə dünyasını dəyişib.
Koronavirusa yoluxan müğənninin ölümündən bir neçə saat öncə verdiyi açıqlama böyük səs-küyə səbəb olmuşdu.
Sənətçinin "Koronavirus daşıyıcıları verilişə gəlirlər, mikrofonu ağızlarına tuturlar, biz də eyni mikrofondan istifadə edirik" - deməsi birmənalı qarşılanmamışdı.
Onun hansı verilişdə virusa yoluxduğu hər kəsdə sual doğurdu.
Araşdırma zamanı məlum oldu ki, B.Əşrəfov aprel ayının 22-də verdiyi açıqlamada ARB telekanalında yayımlanan “Heç vaxt heç yerdə” proqramında qonaq olan zaman yoluxduğunu deyib:
“Zaur Nəbioğlunun verilişində qonaqlardan birindən şübhələndim. Korona xəstəsinə oxşayırdı, tez-tez öskürürdü. Onu necə o verilişə buraxıblar bilmirəm... Xəstəliyi ağır keçirirəm... Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram”.
Virusa yoluxduqdan 10 gün sonra müğənni başqa bir açıqlaması ilə gündəmə gəlmişdi. Bu dəfə o, yoluxduğu verilişi lənətləmişdi:
“Bayırdan maskayla gəldik telekanala, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Mən də məcbur çıxartdım. Canlı oxutdurmaq istədilər, mənim mikrofonum başqa müğənninin mikrofununa, başqa müğənnilərin mikrofonu mənimkinə qarışdı. Beləcə aləmi qatdılar bir-birinə. Allah cəzalarını versin".
Qeyd edək ki, Əşrəfov sözügedən verilişdə canlı olaraq “Ana” seygahını ifa etmişdi.
Verilişdən olan bir hissəni tədim edirik:
Baloğlan Əşrəfov koronavirusa bu telekanalda yoluxmuşdu - Video
27
aprel
12:07

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat