“Dünən mətbuatda oxudum ki, 365 nəfər vaksin vurdurub. Onlardan 362 nəfər birinci, 3 nəfər isə ikinci dozada peyvənd olunub. Bu say niyə azdır? Vaksin yoxdur, yoxsa insanlar vaksin olunmaq istəmir?”.
Bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib.
O qeyd edib ki, insanlar vaksin olunmaq istəmirsə, yaş həddini aşağı salmaq lazımdır: “Vaxtında müəyyən addımlar atılmış olsaydı, vəziyyət daha yaxşı olardı”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deputata cavab olaraq bildirib ki, ölkədə vaksin çatışmazlığı yoxdur: “Peyvənd olunmaq istəyən insanların sayı azdır. Belə olarsa, yavaş-yavaş yaş həddini aşağı endirməli olacağıq”.
Deputat Fəzail Ağamalı əlavə edib ki, vaksin olunmaq istəyənlərin sayı azdır: “Elə etməliyik ki, proses məcburi olsun. Eyni zamanda elə etməliyik ki, maarifləndirmə tədbirləri daha da artırılsın. İnsanlar vaksin vurdurmağa meyilli olmalıdır”.
Ə.Əmiraslanov isə F. Ağamalıya cavab olaraq bildirib ki, dünyanın heç bir ölkəsində peyvəndləmə məcburi proses deyil.
Milli Məclisdə təklif: Vaksin prosesi məcburi olsun
27
aprel
15:01

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat