Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silah olan kəsici-deşici xassəyə malik bıçaqların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dan bildirilib ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn həmin ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb, sürücüsü şifahi sorğu sual olunub.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin döşəməsində qaynaq işlərinin aparıldığı məlum olub və nəqliyyat vasitəsinin yük yeri açılaraq orada olan avtoehtiyyat hissələri boşaldılıb. Daha sonra nəqliyyat vasitəsinin döşəməsinin arxa hissəsinin taxta örtüyü qaldırılıb və bu zaman orada kənarları qaynaq edilən dəmir örtüyün altından müxtəlif növ və ölçüdə 350 ədəd soyuq silah olan kəsici-deşici xassəyə malik bıçaq aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Gömrükçülər 350 bıçaq aşkarladı
28
aprel
13:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat