Lənkəranda gəlinin qayınanası tərəfindən qəddarlıqla döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Yuxarı Nüvədi kənd bələdiyyəsinin sədri Raifə Məmmədzadə Lent.az-a bildirib ki, gəlinini döyən qayınana ruhi xəstədir:
"Qayınananın adı Girdənazdır. Təxminən 70 yaşı olar. Uzun illərdir ruhi xəstəliklə bağlı müalicə alır. Lənkəran ruhi-əsəb dispanserində qeydiyyatdadır. Əvvəllər heç vaxt gəlinini döyməyib. Əsəbləri pozulub, xəstəliyi oyanıb deyə böyüb. Qızı gəlib yenə müalicəyə aparıb. Gəlin isə hamilə deyil. 24-25 yaşı olar. İki uşaq anasıdır".
R.Məmmədzadənin sözlərinə görə, hazırda qayınana polis tərəfindən saxlanılıb:
"Polis gəlib gəlinin qayınanasını apardı. Amma gəlin ondan şikayətçi deyil. Düşünür ki, ruhi xəstədir deyə, şikayət etməsin".
***
Lənkəranda qayınananın gəlini döyməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, nazirliyin Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qayınananın gəlinini amansızcasına döyməsi ilə bağlı yayılan görüntülərdən məlumatlıdırlar:
"Hazırda faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır".
Qeyd edək ki, Lənkəranın Yuxarı Nüvədi kəndində adı hələlik açıqlanmayan qayınana hamilə gəlinini vəhşicəsinə döyüb. Hadisənin görüntüləri sosial şəbəkədə izləyicilərin sərt təpkisinə səbəb olub.
Gəlinini VƏHŞİCƏSİNƏ DÖYƏN qayınananı polis SAXLADI - YENİLƏNİB - VİDEO
28
aprel
14:04

Qarabağ
KOMMENTLƏR
Dövlət Komitəsindən döyülən gəlinlə bağlı AÇIQLAMA
Azərbaycanda qayınana hamilə gəlinini döydü - DİN-dən AÇIQLAMA (VİDEO)
Yevlaxda silahlı erməni aşkar edilib? - RƏSMİ AÇIQLAMA
Gəlinin qayınatasını bıçaqlaması ilə bağlı YENİ XƏBƏR: - 20 gün əvvəl...
Qubada 23 yaşlı ruhi əsəb xəstəsi itkin düşdü - FOTO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat