Astarada gəlinin qayınatasını bıçaqlaması ilə bağlı bir sıra təfərrüatlar məlum olub.
Lent.az -ın əldə etdiyi məlumata görə, hadisəni törədən 25 yaşlı Aysel Axundova bundan öncə ailədə yaranan söz-söhbətlər səbəbindən xəstəlikdən əziyyət çəkən azyaşlı uşağını da götürərək atası evinə gedib. Səbəbi isə həyat yoldaşı və yük avtomobili ilə daş karxanasında işləyən qayınatasının spirtli içki qəbul edərək evdə narahatlıq yaratmaları olub. A.Axundovanın 20 gün əvvəl atası evindən qayıtdığı bildirilir. Lakin ailədə yenə oxşar söz-söhbət yarandığı üçün gecə saatlarında 25 yaşlı gəlin 60 yaşlı qayınatasını kürəyindən bıçaqlayıb.
Bıçaqlanan Nadir Axundov Lənkəran şəhərində əməliyyat olunub. A.Axundova isə saxlanılıb.
***
Saat: 23:59
Astarada bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.
Kənd sakini, 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov öz evində gəlini, 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən xəsarət alan N.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının əməliyyatdan çıxdıqdan sonra vəziyyəti normal qiymətləndirilir.
Qeyd edək ki, Aysel Axundova həyat yoldaşı ilə boşanma ərəfəsində olsa da, onun yenidən ər evinə qayıtmaq istəyi qayınatasının narazılığına səbəb olub və nəticədə gəlin mətbəx bıçağı ilə belə bir hadisə törədib. Artıq polis əməkdaşları tərəfindən saxlanılan A.Axundova törətdiyi əməli etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Gəlinin qayınatasını bıçaqlaması ilə bağlı YENİ XƏBƏR: - 20 gün əvvəl...
14
sentyabr
12:28

Qarabağ
KOMMENTLƏR
Almaniyada ana beş uşağını öldürüb
Azərbaycanda dörd uşaq anasının ata evinə qayıtması faciə ilə nəticələndi - TƏFƏRRÜAT
İmişlidə 22 yaşlı oğlan bacısının ərini bıçaqlayıb
Azərbaycanda avtobus sürücüsündən 7 yaşlı qıza qarşı vəhşilik - İnanılmaz SƏBƏB - TƏFƏRRÜAT
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat