Tanınmış prodüser, teleaparıcı Tarix Əliyevin (Tolik) dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovun məzarında bir çələngin belə olmadığını bildirməsi səs-küyə səbəb olub.
Ötən gün Masallı rayonunda torpağa tapşırılan sənətçinin dostları məsələyə reaksiya veriblər.
Mövzu ilə bağlı danışan müğənni Yusif Mustafayev Toliklə dərhal əlaqə saxladığını bildirib:
“Mən də Baloğlan müəllimin dəfn mərasimində iştirak edən yaxınlarından idim. Srağagündən buradayam, dəfn etdik sonra Bakıya qayıtdım, bu gün də səhər 8-in yarısından Masallıdayam. Həm mən, həm də Baloğlan müəllimin digər yaxın dostları mərasimdə iştirak edib. O mənim böyük qardaşım idi. Tolikin sosial şəbəkədə paylaşdığı fikirləri gördüm. Dərhal ona telefonla zəng edib məsələni aydınlaşdırdım. Tolik o sözləri bizə ünvanlamayıb. İnanın, biz dəfn mərasimindən sonra heç maşında belə yatmamışıq. Tolik mənə dedi ki, o sözləri sizə yox, lazımi qurumlara demişəm. Məsələn, Masallı rayon İcra Hakimiyyəti, Mədəniyyət idarəsi və s. Belə baxanda düz də deyir”.
Sənətçi dəfn mərasimində və ondan sonrakı günlərdə də Masallıya getdiyini deyib. Onun sözlərinə görə, B.Əşrəfovun dostları dəfn zamanı gül alacaq vəziyyətdə olmayıblar:
“Mən ora qardaşımı dəfn etməyə getmişəm, gülə zamanım belə olmayıb. Bu gün Bakıya qayıdıb, sabah yenidən Masallıya gələcəm. Mən hər gün məclisdə iştirak edəcəyəm, Allah Baloğlan qardaşımın yerini cənnət eləsin. Hamımızın başı sağ olsun, Baloğlan kimi böyük sənətkarı itirdik...”
Qeyd edək ki, Tolik sosial şəbəkə hesabında “Baloğlan müəllimin məzarına baxıb çox utandım. Dəfn mərasimini izlədim, amma bir çələng də görmədim. Dostlarının 200 AZN pulu yox idi ki, bir çələng göndərsin? Ona dostum, qardaşım deyənlərə ayıb olsun» - deyə paylaşım etmişdi.
Dostları Baloğlan Əşrəfovun məzarına niyə çələng göndərməyiblər? - Yusif Mustafayevdən açıqlama
28
aprel
16:21

Qarabağ
KOMMENTLƏR
"Baloğlan Əşrəfovun məzarına baxıb utandım" - Tolik (FOTO)
Baloğlan Əşrəfovun son görüntüləri yayıldı - VİDEO
“Baloğlanı itirəcəyimizi düşünmürdüm” - Mərhum müğənninin DOSTU
Baloğlan Əşrəfov Masallıda dəfn edildi - YENİLƏNİB (FOTOLAR)
Baloğlan Əşrəfov ölümündən 3 saat əvvəl bunları deyibmiş... (FOTO)
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat