"Koronavirusdan qorunmağın əsas qaydalarından biri maska taxmaqdır. Havaların isinməsi ilə əlaqədar bəzi insanlarda dəri maskanın altında tərləyir, qaşınır və xoşagəlməz reaksiya verir".
Bunu həkim-dermatoloqu Solmaz Orucova deyib:
“Bəzən maska taxılmasının müxtəlif xəstəliklərə, məsələn, psoriaz, yəni sulu dəmrova səbəb olduğunu deyirlər. Lakin bu, düzgün məlumat deyil. Ekzema, aknelər, ağızətrafı və atopik dermatitlər əmələ gələ bilər, lakin bunlar müalicə olunan xəstəliklərdir. Allergiyaya meyilli olanlar ağız ətrafını 3-5 faizli benzol-peroksid və ya deksoponolla silə bilərlər”.
Maska taxan zaman xanımların kremlərdən istifadə etməsi düzgün deyil, çünki həmin kremlər, xüsusilə də tünd rəngdə olan örtücülər məsamələri qapadır və dərinin nəfəs almasına imkan vermir. Nəticədə mikrobların artması üçün şərait yaranır.
Həkimin dediyinə görə, maskadan əvvəl və sonra dəriyə qulluq vacibdir: “Tərkibində qələvi olduğuna və dəri nəmliyini artırdığına görə üz dərisinə çoxlu sabun vurulmamalıdır. Dərinin nəmliyi azalanda isə quruyur, bu isə qırışların və yaxud quruluq seboreyasının əmələ gəlməsinə səbəb olur. Ona görə də köpük, losyon, gel və s. şəklində müxtəlif təmizləyicilərdən istifadə edilməlidir”.
Xüsusilə həssas və allergik dərisi olanlar yalnız tibbi maskalardan istifadə etməli və tez-tez yenisi ilə əvəz edilməlidir. Rəngli maskalardan istifadə düzgün deyil. Ev şəraitində hazırlanan parça maskalar isə istifadədən dərhal sonra yuyulmalı və mütləq ütülənməlidir. Bundan başqa tibbi maskanı spirtləyib istifadə etmək olmaz. Bu, üzdə quruluq və digər problemlər yaradır.
Maska taxılması dəri xəstəliyinə səbəb olur? - AÇIQLAMA
29
aprel
22:27

Qarabağ
KOMMENTLƏR
Uşaqların tibbi maska taxması vacibdirmi?
“Maskanın düzgün taxılmaması yoluxma sayını artıra bilər” - Akif Qurbanov
Hər kəs maska istifadə etsə, koronavirusa yoluxma faizi çox aşağı olar - TƏBİB
Anbarda qalan 10 milyon maska: - Yerli maska niyə satılmır?
“Qara maska” xəbərdarlığı: “Heç bir qoruyuculuğu yoxdur”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat