Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin edilib.
Qeyd edək ki, E.Məmmədov bu təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər təhsil nazirinin müşaviri olub.скачать dle 12.1