Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş və yaşı 90-dan artıq olan 3 nəfər sağalıb.
Bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov deyib. O bildirib ki, həmin şəxslərin 92, 94 və 95 yaşı olub: "Yaşla əlaqəli xəstəlik müxtəlif formalarda keçə bilər. Bəzən elə hallar olur ki, bu, gənclərdə ağır formada, yaşlılarda isə yüngül olur. Qeyd edim ki, hər üç ahıl pasiyentimiz sağalıb və evə buraxılıb. 95 yaşlı pasiyent də COVID-19-u nisbətən yüngül keçirib. Çünki onun yanaşı xəstəlikləri yox idi. Oksigenə təlabatı yaransa da, ağırlaşmadan xəstəlikdən sağaldı. Digər iki xəstədə oksigen tələbatı yüksək oldu və uzun müddət klinikada müalicə aldılar. Əsas odur ki, onlar sağalaraq evlərinə getdilər”.
R.Qasımov deyib ki, yaşlı insanlar arasında kifayət qədər ölüm halları olub: “Çünki yanaşı xəstəliklər səbəbindən yaşlı insanların orqanizminin müqaviməti zəifləyir. Odur ki, belə insanları xəstəliklərdən qorumaq lazımdır”.
Azərbaycanda 90 yaşdan yuxarı olan 3 koronavirus xəstəsi sağalıb
30
aprel
19:09

Qarabağ
KOMMENTLƏR
"Azərbaycanda COVID-19-a üç dəfə yoluxan şəxs var"
“Koronavirusun yeni ştammlarda yoluxuculuq 28 günə qədər davam edir” - Həkim rəyi
Gürcüstanda koronavirusdan daha 14 nəfər ölüb
Virusa yoluxanların 80 faizində nevroloji əlamətlər özünü göstərir
Gürcüstanda son sutkada 3 801 nəfər koronavirusa yoluxub
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər