Aprelin 22-də saat 6 radələrində Ağdam rayon sakini Rəşad Əliyev Təzəkənd kəndi ərazisindən işğaldan azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanılıb.
DİN xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə protokol tərtib olunaraq rayon məhkəməsi tərəfindən 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilib.
Həkim müayinəsi nəticəsində “COVİD-19” virusuna yoluxduğu aşkarlandığından o, müalicə alması üçün evə buraxılıb.
Lakin mayın 2-də saat 5 radələrində R.Əliyev “VAZ-21015” markalı avtomobillə evi tərk edərək Təzəkənd kəndi ərazisində yerləşən nəzarət postundan keçərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq postun şlaqbaumunu qıraraq işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin qarşısı alınıb, tibbi prosedurlar gözlənilməklə o, evinə qaytarılıb.
Xəstəliklərin yayılmasına real təhlükə yaratdığına görə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Azad edilmiş ərazilərə keçmək istəyən koronavirus xəstəsi həbs edildi
03
may
11:14

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat