Mayda bizi 1 həfəlik qeyri-iş günü gözləyir. Yoluxma sayındakı dinamika azalmağa doğru gedirsə, yəqin ki, qaydalara dəyişiklik edilməyəcək. Amma bu, o demək deyil ki, biz rahat olaq və qaydalara laqeyd münasibət göstərək.
Bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, bayram tətilindən sonra virusa yoluxma sayında əhəmiyyətli sıçrayış baş verməsi gözlənilmir.
T.Eyvazov ictimai nəqliyyatla bağlı maydakı qadağanın yoluxma sayının azalmasına təsir edəcəyini bildirib:
"İnsan təmaslarının azalmasına xidmət edən hər bir qərar təbii ki, yoluxma sayının azalmasına gətirib çıxarır. İctimai nəqliyyatla bağlı qadağa da ümumi işin xeyirinədir”.
Baş infeksionist karantin yumşaldılmasının gündəlik statistika ikirəqəmli olarsa, mümkün olacağını bildirib:
"Əhalisinin yarıdan çoxu peyvəndlənən ölkələrin bəzisi yumşaldılmalara gedir. Buna qədər yumşaldılma tədbirləri real görsənmir. Buna görə, biz qarşıya qoyulan hədəfə daha tez çatmalıyıq. Peyvəndlənənlərin sayı artdıqca gündəlik yoluxmanın azalmasını görəcəyik. Bu azalma heç olmasa, ikirəqəmli olmalıdır və bir müddət bu səviyyədə qalmalıdır ki, yumşaldılma müzakirə predmeti olsun”.
Maydakı qeyri-iş günlərində karantin sərtləşdiriləcək? - VİDEO
03
may
12:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat