Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəxsiyyəti müəyyənləşdirilərək, meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.
Respublika Hərbi Prokurorluğundan verilən məlumata görə, 2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, müvafiq qaydada götürülüb, müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilib ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun-leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək, meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.
Şəhidimiz Şərur rayonunun Oğuz kəndindəndir. Onun evin tək oğlu olduğu bildirilir.
Şəhid hərbçimizin nəşi ailəsinə təhvil verilib
03
may
12:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat