“Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay deyib.
Onun sözlərinə görə, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır:
“Bütün tələb olunanlar insanların sağlamlığı üçündür. Xəstəlik varsa orada ibadət ola bilməz. Eyni zamanda, harada xəstəlik var orada dini ayinlərin icrası çətin olacaq. İnsanlar ailə üzvlərinin iştirakı ilə iftar süfrələrində dualar edərək mövcud problemin tezliklə aradan qalxmasını istəyə bilərlər”.
Hacı Surxan qeyd edib ki, kütləvi şəkildə bir araya gəlmək doğru deyil:
“Qoyulan şərtlərə ciddi əməl etməliyik ki, tezliklə əvvəlki vəziyyətə qayıda bilək. Məscidlərə onlayn şəkildə dualarımızı edirik və düşünürük ki, insanlara faydamız olur. Gündəlik olaraq duaları eşidə bilirlər. Kütləvilik sadəcə xəstəliyin uzanmasına zəmin yaradır”. (Report)
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb. Mayın 13-də isə ölkədə Ramazan bayramı qeyd olunacaq.
“Kütləvi iftar süfrələrinin açılması doğru deyil“ - Din xadimi
04
may
11:55

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat