DTX-nin saytı xəbər verir ki, yürüş iştirakçıları tərəfindən Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində düşərgə salınıb, sonrakı mərhələdə isə sərt relyef və iqlim şəraitinə baxmayaraq, iştirakçılar bütün maneələri dəf edərək tam heyətdə, müəyyən olunmuş marşrut üzrə və nəzərdə tutulan vaxtda “Heydər zirvəsi”nə çıxıblar.
Ümummilli liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət “Heydər zirvəsi”ndə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb, DTX-nin adını və emblemini əks etdirən lövhə və plakatları yerləşdirib.
