Xəbər verdiyimiz kimi, Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salan Rüstəm Orucov və Xəyalə Vəliyeva saxlanılıb.
Bakısəsi Musavat.com-a istinadən xəbər verir ki, Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur.
Rüstəm Orucov 2019-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.
Bu hadisədən sonra General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi.
 
скачать dle 12.1