İstanbulda yaşayan Pınar Gürkan və Mutlu Toksöz cütlüyü koronavirus epidemiyasına görə toylarını təxirə salmağa məcbur olub.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Çərşənbə günü şahidlərin iştirakı ilə evlənəcək və nikah mərasimini “Instagram”da canlı yayımlayacaq cütlük xınayaxdı mərasimini də onlayn nümayiş etdirib.
Xınayaxdı mərasiminə cütlüyün ailə üzvləri və yaxınlarından 37 nəfər ölkənin müxtəlif şəhərlərindən onlayn şəkildə qatılıb. Xınayaxdı mərasimində gəlin qırmızı libas geyinib, yaxınları isə şam yandıraraq, “Yüksək-yüksək təpələrə” mahnısını ifa edib.


скачать dle 12.1