"Vətəndaşlara icbari tibbi sığortanın xidmətlər zərfində 2 550 sayda tibbi xidmət təklif olunub. Ola bilməz ki, bunlardan vətəndaşa lazım olan müayinə və analizlər dövlət tibb müəssisələrində olmasın”.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.
"Həkimin yazdığı analiz və müayinələr dövlət xəstəxanalarında olmadığı halda nə üçün vətəndaşın əmək haqqından icbari tibbi sığorta üçün məcburi pul tutulmalıdır?” sualını cavablandırarkən o qeyd edib ki, həmin 2550 xidmətdən 731-i müxtəlif analizlərdir:
"Vətəndaş sualın konkret olaraq hansı müayinə və analizlər barədə olduğunu qeyd etməyib, o səbəbdən ümumi cavablandıracam. Amma qeyd etdiyim kimi mümkün deyil ki, 2550 sayda tibbi xidmətlərdən sizə lazım olan və ya vacib olan müayinə, eləcə də analizlər orada olmasın. Əgər xidmətlər zərfində olan hər hansı bir analiz dövlət tibb müəssisələrində mümkün deyilsə belə, sizə özəl tibb müəssisəsinə göndəriş verilə bilər.
Həmin göndəriş əsasında siz özəl tibb müəssisəsində xidmətlər zərfində olan analizlərinizi verə biləsiniz. Həmin özəl tibb müəssisələrinin də siyası TƏBİB-in tabeliyində olan tibb müəssisələrində var. Belə məqam yaşanan zaman xəstəyə həmin xəstəxanaların siyahısı təqdim olunur”, - deyə A.Əhmədova əlavə edib.
İcbari tibbi sığortaya daxil olan analizlər özəl xəstəxanalarda verilə bilərmi? - AÇIQLAMA
05
may
23:52

Qarabağ
KOMMENTLƏR
Maaşından pul tutulanlara vacib xəbər
Maaşından pul tutulanlara vacib xəbər - Aprelin 1-dən...
Aprelin 1-dən bütün respublika üzrə tətbiq olunacaq
Bu xidmətlər özəl klinikalarda ödənişsiz olacaq
İcbari tibbi sığortadan istifadə etmək istəyənlər əvvəlcə ərazi tibb müəssisələrinə müraciət edəcəklər - Agentlik
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat