Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin həbs olunması ilə bağlı saytlardakı məlumatların dəqiqləşdirilməsi üçün sozü gedən rayon icra hakimiyyətinin başçısi Əhəd Abıyevlə telefon əlaqəsi saxladıq. Suallarımızı cavablandıran Əhəd Abıyev: “Mən hal –hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olaraq öz iş otağımdayam, Daşkəsəndə həbs olunan şəxslərin gördüyu işlər mən Milli Məclisin deputatı olduğum vaxtlara təsadüf edir, o məsələlərin mənə heç bir aidiyyəti yoxdur. Bu hadisə 2007-ci ildə baş verib, bu illərdə mən Milli Məclisin deputatı olmuşam. Yayılan məlumatlar həqiqətə uyğun deyildir”.


скачать dle 12.1