Media nümayəndələrinin işğaldan azad olunan Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri başlayıb.
Səfər çərçivəsində media nümayəndələri Hadrut qəsəbəsinin su təchizatı işləri ilə tanış olacaqlar.
Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, hazırda Hadrut qəsəbəsinin su təminatı təbii bulaqlar və artezyan quyuları vasitəsi ilə həyata keçirilir.
"Qəsəbə işğaldan azad edildikdən sonra ilkin olaraq hərbçilər oraya yerləşdirildi. Bu zaman su təchizatında problemlər vardı. Tərəfimizdən Hadrut qəsəbəsinə mütəxəssislər göndərildi. İlkin olaraq mənbələrin araşdırılması üçün təhlükəsizlik tədbirləri görüldü. Müvafiq qurumlar tərəfindən ərazi minalardan təmizləndi. Daha sonra su mənbələri tapıldı və bərpa olundu. 30-dan çox qəza aradan qaldırıldı, anbar istifadəyə verildi. Orada yerləşən hospital və hərbi hissə su ilə təmin olundu. Məskunlaşma artdıqca su təminatı işləri müvafiq qaydada davam etdiriləcək". (APA)
Media nümayəndələrinin Hadruta səfəri başladı
07
may
10:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat