Ötən gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nununla bağlı paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.
Belə ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli binanın dam örtüyündə peyk antenasının qopub asılı vəziyyətdə qalaraq, düşmə təhlükəsinin yaranması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasedici qrupu dərhal hadisə yerinə cəlb olunub və antenanın ərazidən kənarlaşdırılması təmin olunub.
Bundan əlavə, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyünün qoparaq yerə tökülməsi və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə ünvanına cəlb olunan FHN XRXX-nin xilasediciləri müvafiq təhlükəsizlik tədbirləri görüb və ərazini təhlükəsizlik lenti ilə çəpərləyiblər.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edib.
Bakıda külək binanın dam örtüyünü uçurdu
10
may
18:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat