Qafqaz Müsəlmanları İdarəsində ötən gün Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının təsis yığıncağı keçirilib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə iştirakçılara müraciət edərək ölkəmizdə mövcud olan dini konfessiyaların qurumları və rəhbərlərinin əməkdaşlığının müəyyən təşkilati format çərçivəsində davam etdirilməsi üçün Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası adlı qurumun təsis edilməsini təklif edib.
Müzakirə və çıxışlardan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini, müfti Salman Musayev Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının üzvləri kimi təsdiq ediliblər.
Daha sonra Məşvərət Şurasının sədri vəzifəsinə Şeyxülislam Allahşükür Paşazadənin seçilməsilə bağlı yekdilliklə qərar qəbul edilib. İclasda həmçinin Məşvərət Şurasının Əsasnaməsi təsdiq edilib.
Məşvərət Şurası yaradıldı - Allahşükür Paşazadə sədr seçildi
11
may
15:22

Qarabağ
KOMMENTLƏR
“Bu il Ramazan ayı bizim üçün həm də Zəfər ayıdır” - Allahşükür Paşazadə
Şeyx dindarları Ağdama apardı
Bu gün Türkiyədə 90 min məsciddə şəhidlərimiz yad edilir
Şeyxülislam BMT Baş Katibinin müavininə Ermənistanın törətdiyi vəhşilik barədə məlumat verib
Allahşükür Paşazadə yenidən Nobel mükafatına namizəd oldu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat