“Bakı Metropoliteni" QSC-nin mis şin, mis torpaqlama zolağı və müxtəlif ölçülü mis kabel ucluğun satın alınması üzrə elan etdiyi tendering qalibi “Bakı Yastıq Zavodu” ASC olub.
HİT.Az xəbər verir ki, satınalma müqaviləsinin maliyyə dəyəri 272 580 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Bakı Yastıq Zavodu” ASC 16 iyul 2004-cü ildə qeydiyyata alınıb. ASC-nin nizamnamə kapitalı 253 922 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, ev 31-də yerləşən şirkətin qanuni təmsilçisi Əhmədov İmam Baba oğludur.
Açıq mənbələrdə “Bakı Yastıq Zavodu” ASC barəsində məlumatlar məhduddur. Baxmayaraq ki, şirkət 16 ildir fəaliyyət göstərir. Şirkətin hazırda 8008.85 AZN vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanuna görə, vergi borcu olan şirkətlər tenderlərə qatıla bilməz. Bəzi iddialara görə, ASC-nin rəhbərliyi tenderdə iştirak üçün vergi borcu olmadığı barədə saxta arayış təqdim edib.
“Bakı Yastıq Zavodu” İmam Əhmədova gəlincə, onun adı məhkəmə işində keçir. Məlum olur ki, Loğman Bəşirov adlı vətəndaş onu əmlak üzərində mülkiyyət hüququnun tanınması və zərərin ödənilməsi, saxta sənədləşdirmə yolu ilə əmlak və nəğd vəsaitin mənimsənilməsi iddiası ilə məhkəməyə verib.
300 minlik müqavilədə vergi saxtakarlığı - Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
18
may
16:02

Qarabağ
KOMMENTLƏR
Vergi borcu olan şirkətlə 5 milyonluq müqavilə imzalandı - “Azərsu”dan qanundankənar əməliyyat
Vergi borcu olan şirkətlə 5 milyonluq müqavilə imzalandı - “Azərsu”dan qanundankənar əməliyyat
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
Nazirlik 48 min manata bayraq aldı
"Bakı Metropoliteni”nin dövlətə vergi borcu - 9 milyonu keçdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat