Gəncə Hava Limanında Gəncə - Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayış saxta çıxıb.
“Report”un məlumata görə, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin “Leyla Medical Center” (keçmiş “Leyla Şıxlinskaya” klinikası) və “Oksigen” klinikasından verildiyi qeyd edilib.
Faktla bağlı hüquq mühafizə orqanları ciddi araşdırmalara başlayıb.
“Leyla Medical Center”in mətbuat xidməti Aytaç Kərimli sorğuya cavab olaraq bildirib ki, tibb müəssisələri tərəfindən kimsəyə saxta arayış verilə bilməz:
“Bu kimi halların qarşısını almaq üçün dörd aya yaxındır ki, tibbi arayışların üzərində QR kodlar yerləşdirilib. Hava limanında QR kodları yoxlamaq kifayət edir ki, həmin arayışın saxta və ya real olduğu bilinsin. Adətən belə faktlar olur ki, pasiyent bazamızda adı olmayan şəxs müxtəlif proqramlar vasitəsilə nəticələrini saxtalaşdıraraq özünə tibbi arayış hazırlayır. Təbii ki, biz bu hala görə heç bir məsuliyyət daşımırıq”.
“Oksigen” klinikası isə məsələyə münasibət bildirməyib.
“Oksigen” və “Leyla Şıxlinskaya” klinikalarının adından yazılan 96 ədəd COVID-19 testi saxta çıxdı
19
may
14:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat