"28 ildən çoxdur ki, Şuşa həsrətindəyəm. Ağdamlı olsam da, körpəliyimdən Şuşanı qarış-qarış gəzmiş bir insanam. “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim də arzum idi. Təəssüf ki, qatıla bilmədim".
Bu sözləri müğənni Tacir Şahmalıoğlu deyib. Festivala qatıla bilmədiyi üçün məyusluğunu dilə gətirən sənətçi sözlərinə belə davam edib: “Şuşadan ötrü burnumun ucu göynəyir. Bu şəhəri görmək həsrəti ilə yaşayıram. Mən o torpaqları dizin-dizin gəzməyə hazıram. Nədənsə yada düşmədim... Üzgünəm, bu barədə əlavə heç nə deyə bilmərəm”.
12 yaşında oxuduğu “Bayatı-Şiraz” ilə qəlblərdə silinməz izlər buraxan Tacir Şahmalıoğlu Kənan Bayramlının Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalındakı çıxışını bəyəndiyini deyib.
Məlumat üçün bildirək ki, sənətçi müsahibələrinin birində “Bayatı-Şiraz”ın toxunulmaz olduğunu qeyd edib. “Bu musiqi, bu improvizə əvəzolunmazdır. Bu, toxunulmaz bir şeydir, buna niyə toxunurlar ki? Bu elə bir musiqidir ki, Azərbaycanın qəmli günündə də, sevincli günündə də insanlar bunu sevir, dinləyir. Ruhi qida kimi əsgərlərimizə ilham verdi bu muğam. Bütün Azərbaycan xalqı bu mahnını ürəklərinin üzərində gəzdirir. Ona görə də bu musiqi toxunulmazdır. Mən çox xahiş edirəm ki, buna toxunmasınlar, dəyməsinlər!”/publika.az
“Nədənsə Şuşaya gedəndə mən yada düşmədim...“ - Tacir Şahmalıoğlu
20
may
15:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat