Tanınmış meyxanaçı Rauf Binənin səhhəti pisləşib.

Kult.az-a danışan meyxanaçı bildirib ki, hazırda xəstəxanada yatır.

“Ciyərlərimdə problem var. İki gün komada qaldım. Komadan ayılsam da, həkimlər təcili əməliyyat tövsiyə edirlər”.

O, əməliyyat üçün maddi problemlərinin olduğunu deyib.

Qeyd edək ki, Rauf Binə 2002-ci il "De gəlsin" müsabiqəsindən məşhurlaşıb.
скачать dle 12.1