Rusiyada yaşayan, “Travelers kofe” federal şəbəkəsinin şəriki, iş adamı Ənvər Piriyev külli miqdarda rüşvət verməkdə ittiham olunur. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb, iş baxılması üçün Novosibirsk vilayəti, Kalinin rayon məhkəməsinə göndərilib.
Virtualaz.org bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata əsasən, iş adamı Novosibirsk vilayəti Daxili İşlər Nazirliyinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İqtisadi Təhlükəsizlik şöbəsinin əməliyyatçısı Yevgeniy Puşkaryova 321 min rubl nağd pul və 800 min rubl dəyərində avtomobil verib. Bunun qarşılığında isə Y.Puşkaryov qarşı tərəfin maraqlarına xidmət edən məlumatları, mesajları, ərizələri iş adamına ötürüb.
Hazırda Kalinin rayon məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Y. Puşkaryovun məhkəməsi də keçirilir.
Məlumat üçün qeyd edək ki, bu ilin fevralında vətəndaşların şəxsi həyatı barədə məlumatlar yaymaqda təqsirləndirilən Y.Puşkaryov Novosibirsk rayon Mərkəzi Məhkəməsinin qərarı ilə 1 il 5 ay müddətinə şərti cəza alıb. Həmçinin, 3 il müddətinə hüquq-mühafizə orqanlarında işləməsi qadağan edilib.
Xatırladaq ki, “Trevelers kofe” şirkətinin tərəfdaşları arasında münaqişə yaranıb. Münaqişəyə şəbəkədə ticarət nişanının istifadə hüququ səbəb olub.
İstintaq materiallarına görə, 2016-2017-ci illərdə Puşkaryov bu ticarət markası üçün mübarizədə iş adamının rəqiblərinin maraqlarına xidmət edən materilları, vəkillər haqqında məlumatları Daxili İşlər Nazirliyinindəki əlaqələrindən istifadə etməklə Ə.Piriyevə ötürüb.
İstintaq zamanı Puşkaryov daxili işlər orqanlarından kənarlaşdırılıb.
Rusiyada məşhur azərbaycanlı iş adamı hakim qarşısına çıxarılır - “KÜLLİ MİQDARDA RÜŞVƏT VERMƏK” İTTİHAMI
21
may
12:46

Qarabağ
KOMMENTLƏR
Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs həbs edildi
Vəzifəli şəxslərinin məhkəməsi başlayır
İcra başçısının həbs müddəti artırılır
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu - külli miqdarda rüşvət almaqda təqsirləndirilir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat