Xəzər Rayon Məhkəməsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunmuş inzibati qərarı ləğv edib.
Bu barədə “Azəriqaz”dan məlumat verilib.
Bildirilir ki, vəkil Fərid Məmmədlinin verdiyi məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Azəriqaz” İB-nin Metrologiya Departamentinin “Sayğacların müayinəsi laboratoriyası”nın 6-cı dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri vəzifəsinə işə götürülmüş Tural Səfərovun işdən qanunsuz azad edilməsi ilə əlaqədar 26 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən R. Əliyev İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə) ilə təqsirli bilinərək 1 500 manat məbləğində inzibati qaydada cərimə edilib.
Vəkil qeyd edir ki, həmin qərar qəbul edilərkən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının pozulmasına yol verilib. “Bununla əlaqədar tərəfimizdən məhkəməyə verilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilmiş və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilib".
Məhkəmə “Azəriqaz”ın rəhbəri ilə bağlı QƏRAR VERDİ
21
may
15:06

Qarabağ
KOMMENTLƏR
“Azəriqaz”ın baş direktoru uşaq evinin məzununu niyə işdən azad edib? - “Ruslan Əliyev bu cür əməlləriylə...”
Daha bir vəzifəli şəxsin işi məhkəməyə verildi
DYP Əmlak Məsələləri Dövlət Xidmətini cərimələdi
İşçini işdən çıxaranlar cəzalandırılacaq — İşəgötürənlərə xəbərdarlıq
Dövlət Əmək Müfəttişliyi Xidməti 282 hüquq pozuntusu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat