Azərbaycan Tibb Universitetinin (ATU) Travmatologiya və ortopediya kafedrasının müdiri Əhməd Əhmədzadə dünyasını dəyişib.
Elmlər doktorunun uzun müddət səhhətində problemlər olub.
Qeyd edək ki, o, 1998-ci ildən bu vəzifədə çalışıb. Azərbaycanda ən müasir müalicə metodlarının ətrafların sınıqları zamanı tədbiqi Əhməd Əhmədzadəyə məxsusdur. İlizarov aparatını Azərbaycanda ilk dəfə tədbiq edib.
Professor 75 yaşında vəfat edib.
