Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində güclü yanğın başlayıb.
 Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.скачать dle 12.1