Xəbər verdiyimiz kimi, mayın 27-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən 6 erməni hərbi qulluqçu mühasirəyə alınaraq saxlanılıb.
Sərhəddə baş verən hadisələri şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın bugünkü təxribatı qeyri-adi hadisə sayılmamalıdır.
“Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr, o cümlədən Kəlbəcər və Gədəbəy istiqamətində və Şuşa şəhərinin ətrafında erməni silahlıları tərəfindən atəşkəsin pozulması bir daha Ermənistanın sülh və mehriban qonşuluq siyasətində yaşamağa hazır olmadığını göstərir. Hazırda Kəlbəcər istiqamətində törədilən təxribat artıq Azərbaycanın buna adekvat addım atmasına vadar edir. Düşünürəm ki, bu addımların qarşısını almaq üçün 44 günlük müharibədə erməni ordusunun darmadağın edən silahlı qüvvələrimiz potensial gücə və vasitələrə malikdir. Hesab etmirəm ki, bu fəaliyyətlər hansısa bir şəkildə cavabsız qala bilər. Azərbaycan həm Ermənistan sərhədində, həm də digər təhdid törədilə biləcək ərazilərdə şəxsi heyət və texnika sayını artırmaqla, bu təxribata əl atan əsgərləri keçən ilin noyabrın 26-da Hadrut istiqamətində olduğu kimi əsir götürüb və onları Azərbaycanın ədalət məhkəməsi önünə çıxartması üçün əlindən gələni edəcək. Azərbaycan əsgərləri ərazilərimizə müdaxilə etmək istəyən və məğlubiyyətləri ilə barışmayan erməni silahlılarını gərəkən cavabı yaxın günlərdə və sərt bir şəkildə verəcəkdir".
"Ermənilərin bu təxribatı cavabsız qalmayacaq" - AÇIQLAMA
27
may
13:01

Qarabağ
KOMMENTLƏR
İki erməni diversant qrupu Azərbaycan ərazisinə keçməyə cəhd göstərib - RƏSMİ
XİN-dən düşmənin törətdiyi təxribatla bağlı AÇIQLAMA
Ordumuz erməni diversantları belə əsir götürdü - FOTO
Ermənistan Kəlbəcər, Gədəbəy və Şuşanı ATƏŞƏ TUTDU - RƏSMİ
Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat