Pandemiya səbəbilə bir çox dünya ölkələrində qapanmalar davam etsə də, ölkəmizdə bəzi sahələrdə karantin qaydaları yumşaldıldı. İri ticarət mərkəzlərinin, məscidlərin və metroların müəyyən izolyasiya qaydaları çərçivəsində fəaliyyəti bərpa edildi. Açıq havada maska taxmaq məcburiyyəti aradan qaldırıldı. Hazırda ölkədə vaksinasiya prosesi də uğurla davam etdirilir.
Mütəxəssislər deyir ki, yumşaldılmalar olsa da insanlar bir sıra izolyasiya qaydalarına yenə də riayət etməlidir. Bu haqda açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bildirib ki, ölkəmizdə sistemli şəkildə reallaşdırılan bu qaydalar heç də insanların arxayınlaşmasına rəvac verməməlidir:
“Hazırda yoluxma sayında azalma tendensiyası davam edir və sağalan xəstələrin sayı da artır. Nazirlər Kabineti yanında Operativ Qərargah da bu azalmanı nəzərə alaraq müəyyən məhdudiyyətləri aradan qaldırdı. Buna da səbəb insanların kütləvi vaksinasiyası və virusun pik dalğalarının geridə qalmasıdır. İnsanlarda həm yoluxub sağalaraq, həm də peyvənd olunaraq immunitet yarandı. Bu da yumşaldılmaların olmasına imkan yaratdı. Lakin yumşaldılmaların olması insanlarda arxayınlıq yaratmamalıdır.
Çünki bu xəstəlik dünyada yox olmadığı müddətdə Azərbaycanda da öz nisbiliyini qoruyacaq. Daha əvvəllər bizdə qapanma olub, yoluxma sayı azalıb, yumşaldılma olub, yenidən yoluxanların sayı artıb. Belə halların təkrarlanmayacağından heç kəs sığortalanmayıb. Buna görə də hər birimiz ehtiyatlı olmalıyıq və tədbiri əldən verməməliyik. Baxmayaraq ki, açıq havada maska məhdudiyyəti qaldırılıb. Amma risk hər zaman vardır”.
Qeyd edək ki, ölkədə tətbiq edilən yumşaldılmalar iqtisadi mühitin də yaxşılaşmasına şərait yaradır. Ekspertlər hesab edirlər ki, hər kəs üçün uyğun olanı iqtisadiyyatın açıq olması və fəaliyyətlərin həyata keçirilməsidir. 2020-ci ildə müəyyən sahibkarlıq subyektləri istiqamətində həyata keçirilən dövlət proqramları yaranan zərərlərin az hissəsini kompensasiya edib. Buna görə də qurumlar işini hazırkı normal sanitar epidemioloji qaydalara uyğun olaraq təşkil etməlidir ki, yoluxma sayında yenidən artım olmasın.
TƏBİB-dən yumşaldılma qərarları ilə bağlı AÇIQLAMA
01
iyun
14:52

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər