Milli Məclisin dünən keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açıq havada toyların keçirilməsinə icazə verilməsini təklif edib. Parlament üzvü bildirib ki, açıq havada az sayda insanın iştirakı ilə mövcud qaydalara riayət edilməsi şərtilə toyların keçirilməsinə icazə verilməlidir.
Komitə sədri açıq havada toy şənliklərinə icazə verilməsi ilə yanaşı, teatrların açılması üçün də Operativ Qərargaha çağırış edib:
"COVİD-19 pandemiyası ilə mübarizə vacib məsələlərdən biridir.
Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik. Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır. Bunlar hamısı qaydalara əməl edilməklə həyata keçiriləcək. Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. İnsanlarımız çox xahiş edirlər ki, açıq havada 100 nəfərin iştirakı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çox insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar. Çünki 1 ildən çoxdur ki, toylara icazə verilmir".
Tibb elmləri doktoru, professor-həkim Adil Qeybullanın açıqlamasına görə, yumuşalmalar olubsa, toylara da icazə verilə bilər:
"Açıq havada toyların keçirilməsi mümkündür. Məsafəni gözləmək və stolların normal qaydada düzülməsi ilə mərasim təşkil olunmalıdır. Toyların keçirilə bilməsi üçün müəyyən format da tətbiq olunmalıdır. Məsələn, 75-100 nəfər arası insanla şənliyi etmək olar. Təbii ki, qonaqların hərarətini öncədən ölçmək lazımdır. Yəni müəyyən formatlarla toyları keçirmək mümkünsüz deyil. Çünki epidemioloji vəziyyət stabilləşməyə doğru gedir. Növbəti dalğa olmazsa və mövcud durum pisləşməzsə, toyların keçirilməsinə icazə vermək lazımdır. Yay aylarında bu məsələ həllini tapa bilər"./Sherg.az
“Toylara da icazə verilə bilər” - Həkimdən şad xəbər
02
iyun
12:26

Qarabağ
KOMMENTLƏR
Qənirə Paşayevadan toylarla bağlı AÇIQLAMA
“Restoranlarda insanlar toplaşa bilirsə...“ - Deputatdan TƏKLİF
Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ
Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər - AÇIQLAMA
Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat